Yığmamızın Çexiya və Litva ilə oyunlarının başlama saatı açıqlandı
06.09.2014 - 11:02
Yığmamızın Çexiya və Litva ilə oyunlarının başlama saatı açıqlandı

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin DÇ-2015-in seçmə mərhələsindəki oyunlarının başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, IV qrupda yer alan yığmamız ilk görüşünə noyabrın 28-də Bakı vaxtı ilə saat 21:00-da çıxacaq.

 

Rəqibimiz qrup oyunlarına ev sahibliyi edəcək Çexiya olacaq. Həndbolçularımız 1 gün sonra Litva ilə matça saat 20:00-da start verəcəklər.

 

Qrup mərhələsinin son oyununda, noyabrın 30-da isə çexiyalılarla litvalılar saat 14:00-da üz-üzə gələcəklər.

 

Qeyd edək ki, 2015-ci ildə Danimarkada keçiriləcək dünya çempionatının seçmə mərhələsində yalnız qrup qalibləri pley-offa vəsiqə qazanacaqlar.