Yığmamızın oyunçuları bir-biri ilə evlənir
29.04.2014 - 09:46
Bu gün Azərbaycan voleybol ictimaiyyəti bir araya gələcək. Apasport.az saytının məlumatına görə, buna səbəb yığmanızın 2 üzvünün bir-biri ilə ailə qurmasıdır.
Belə ki, uzun müddətdir nişanlı olan Vüqar Bayramov Odina Əliyeva ilə evlənir. Onların toyu paytaxtdakı şadlıq evlərindən birində baş tutacaq.
Qeyd edək ki, Bayramov Polşanın “Militsa” və Türkiyənin “Ərzurum Palandökən Bələdiyyəsi” klublarında oynadığı halda, Əliyeva “Azəryol”un şərəfini qoruyub.
0
0