Yığmamızın oyunçusunun finala gedən yolu bağlanır
30.04.2014 - 08:07
Yığmamızın oyunçusunun finala gedən yolu bağlanır

Qadın voleybolçular arasında Rusiya Superliqasında yarımfinal oyunları davam edir. Apasport.az saytının məlumatına görə, finala gedən yolda Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” Moskva “Dinamo”su ilə ikinci dəfə gücünü yoxlayıb.

Omsk təmsilçisi yenə də 0:3 (21:25, 20:25, 23:25) məğlubiyyətdən qaça bilməyib.

Komandalar arasında üçüncü oyun mayın 2-də olacaq. Əgər paytaxt klubu 3-cü matçında da qalib gələrsə, “Omiçka” bürünc medallar uğrunda mübarizə aparmalı olacaq.