Millimiz FİFA reytinqində bir pillə irəlilədi
23.06.2022 - 12:18
![Millimiz FİFA reytinqində bir pillə irəlilədi](https://apasport.az/storage/news/2022/june/23/big/62b421e36742262b421e367423165597232362b421e36741f62b421e367421.jpg)
Milli komandaların FİFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 1127 xalla dünyanın 128-ci komandasıdır.
Canni de Byazinin yetirmələri sonuncu dəfə martda açıqlanan cədvəllə müqayisədə 1 pillə irəliləyib. Üç ay əvvəl yığmamız 129-cu sırada yer almışdı.
Komandamızın irəliləyişinə Millətlər Liqasının iyun oyunları səbəb olub. De Byazinin yetirmələri 4 qarşılaşmada 4 xal toplayıb.
Qeyd edək ki, cədvələ 1838 xala malik Braziliya başçılıq edir.
0
0