![“Qarabağ”ın rəqibində 2 ayrılıq](https://apasport.az/storage/news/2022/july/15/big/62d12d921e23762d12d921e238165787585862d12d921e23462d12d921e236.webp)
Konfrans Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sürix” 2 futbolçusu ilə yollarını ayırıb.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Sürix təmsilçisi müdafiəçi Silvan Vallner və yarımmüdafiəçi Nils Reyçmutu icarəyə verib.
20 yaşlı futbolçular 2022/23 mövsümündə “Vil”in formasını geyinəcəklər. “Sürix” Reyçmutun müqaviləsini 2025-ci ilə qədər uzatdıqdan sonra onu icarəyə verib. İsveçrə çempionu gənc futbolçulara oyun praktikası toplaması üçün bu imkanı yaradıb.
Qeyd edək ki, “Sürix”lə “Qarabağ” arasında ilk oyun iyulun 19-da Bakıda, cavab görüşü isə ayın 27-də Sürixdə keçiriləcək.