![Çempionluq ƏMSALLARI](https://apasport.az/storage/news/2022/december/12/big/6396cdcd814bf6396cdcd814c016708274696396cdcd814bb6396cdcd814be.webp)
Qətərdə keçirilən DÇ-2022-nin yarımfinal mərhələsi ərəfəsində komandaların çempionluq əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Fransanı mundialın əsas favoriti hesab edir.
Didye Deşamın yetirmələrinin ardıcıl ikinci dəfə titulu qazanmasının əmsalı 2,10-a bərabərdir. Argentinanın şansı 2,70 əmsalla dəyərləndirilir.
Digər iki komandanın şansları daha aşağıdır. Çempionluq ehtimalı Xorvatiyada 8,50, Mərakeşdə 10,0 əmsala bərabərdir.
Fransa – 2,10
Argentina – 2,70
Xorvatiya – 8,50
Mərakeş – 10,0
Qeyd edək ki, yarımfinalda Argentina Xorvatiyanı, Fransa Mərakeşi sınağa çəkəcək.