2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilir.
Apasport.az xəbər verir ki, pley-off mərhələsində Fransa və İsveç milliləri üz-üzə gəlir.
Görüş Bakı vaxtı ilə saat 01:00-da başlayıb.
Matça Fransa millisi fəal başlayıb. Ardıcıl hücumları nəticəsiz qalan fransızlar istəyinə ancaq 45-ci dəqiqədə çata bilib. Kilian Mbappe komandasını önə keçirib: 1:0.
Qeyd edək ki, cütün qalibi 1/8 finalda Almaniyanı mübarizədən kənarlaşdıran Paraqvay seçməsi ilə qarşılaşacaq.
DÇ-2026
1/16 final
1 iyul
01:00. Fransa - İsveç 1:0
Qol: K. Mbappe, 45
Fransa: Menyan, Kunde, Upamekano, Saliba, Din, Çuameni, Rabyo, Dembele, Olise, Barkola, Mbappe
İsveç: Videll Setterström, Stroud, Lindelöf, Lagerbyelke, Qudmundsson, Berqvall, Ayari, Svensson, İsak, Elanqa, Gyökeres