Azərbaycan idmançıları yelkənli qayıq üzrə Avropa çempionatında yarışacaqlar
08.04.2026 - 16:59
Azərbaycan Su İdman Növləri Federasiyasının idmançıları Avropa çempionatına yola düşüblər.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz aprelin 11-dən 18-dək İspaniyada keçiriləcək yelkənli qayıq üzrə ILCA 4 (Beynəlxalq Laser Sinfi Assosiasiyası) Avropa çempionatında iştirak edəcəklər.
Mursiya şəhərində təşkil olunacaq qitə birinciliyində Nərgiz Məmmədova və Nəzrin Məmmədova mübarizə aparacaq.
Məşqçi Mithat Can Yıldırım, komanda rəhbəri isə Burcu Algon Giorgianni olacaq.
- Region cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
- UEFA Avropa çempionatının bombardiri ilə bağlı meyarları dəyişib
- Rüfət Abdullazadə Türkiyəyə doğru - "Səbail"ə rəsmi təklif var
- "Sumqayıt" qvineyalı futbolçunu icarəyə götürdü
- Çempionlar Liqası: Ən çox azarkeş “Qarabağ” – “Lex” matçında olub
0
0