![İspaniya kubokunda 46 min əmsallıq UDUŞ](https://apasport.az/storage/news/2022/november/15/big/6373555ec10af6373555ec10b016685028786373555ec10ac6373555ec10ae.jpg)
Ötən həftəsonu İspaniya kubokunda 1/64 final oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalar bukmeker kontorundakı böyük uduşla əlamətdar olub.
İspan futbolunun mütəxəssisi olduğunu nümayiş etdirən proqnozsevər 9 matça mərc gəlib. O, bütün oyunlarda sırf nəticəyə proqnoz verib.
Better qarşılaşmalardan dördündə əsas vaxtın heç-heçə bitməsinə də variant yazıb. Ən yüksək əmsalı 4,80 olan bu ekspress kupon ümumilikdə 46211,18-ə çatıb.
Proqnozsevər cəmi 20 Rusiya rublu (56 qəpik) ilə mərc edib. Bütün təxminləri düz çıxan xoşbəxt yekunda 924 min 224 rubl (25 min 878,28 manat) əldə edib.