17 oyunluq qələbə seriyası - “Vest Hem”dən rekord
05.10.2023 - 23:48
“Vest Hem” Avropakuboklarında rekorda imza atıb.
Apasport.az saytı xəbər verir ki, London klubu qitəmiqyaslı turnirlərdə ardıcıl 17 qələbə qazanan ilk İngiltərə təmsilçisi olub.
“Çəkicdöyənlər” bu rekorda Avropa Liqasının qrup mərhələsində “Frayburq”la görüşdə imza atıblar. “Vest Hem” səfərdə “Frayburq”a 2:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, komanda 2022/23 mövsümündə Konfrans Liqasının qalibi olub. Londonlular həlledici oyunda “Fiorentina”nı 2:1 hesabı ilə məğlub ediblər.
- “Liverpul” Salahın əvəzinə Osimheni düşünür
- Voleybol üzrə ölkə kubokunun 2024/25 mövsümünün püşkü atılıb
- Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında iştirak edib
- Millimizin baş məşqçisi: "Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk"
- "Çelsi" nümayəndələri dünya çempionu üçün Lissabonda
0
0