Futbol üzrə İspaniya Superkubokunun finalında bu gün "El Klasiko" baş tutub.
Apasport.az xəbər verir ki, həlledici oyunda "Real" və "Barselona" komandaları üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Gərgin keçən görüşdə azarkeşlər 5 qola şahidlik ediblər. Oyun kataloniyalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Barselona" tarixində 16-cı dəfə İspaniya Superkubokunun sahibi olub.
İspaniya Superkuboku
Final
23:00. “Barselona” - “Real Madrid” - 3:2
Qol: Rafinya, 35, 73, Vinisius Jr, 45+2, R. Levandovski, 45+4, Q. Qarsiya, 45+6
- Kapitan: “Neftçi”dəki maaşım əvvəlki klublarımdan azdır”
- Regekampf: “Qarabağ”la matça xüsusi hazırlıq keçməyə lüzum görmürəm" - MÜSAHİBƏ
- "Neftçi"də uğursuzluğun növbəti qurbanı: Baş məşqçi istefaya göndərildi
- Elvin Məmmədov: “Bu, bizim üçün 6 xallıq oyundur”
- Qara Qarayev: “Ayrılıq da sevginin bir hissəsidir”