![“Bavariya” 60 milyon tələb edir](https://apasport.az/storage/news/2023/june/14/big/6488dc05c9c866488dc05c9c8716866908216488dc05c9c846488dc05c9c85.jpg)
Lukas Ernandes “Bavariya” rəhbərliyinə klubu tərk etmək istədiyini bildirib.
Apasport.az saytı xəbər verir ki, fransalı müdafiəçi karyerasını PSJ-də davam etdirəcək.
Ernandesin Münhen klubu ilə bir illik müqaviləsi olsa da, komandanı tərk etmək arzusundadır. “Bavariya” tələb olunan məbləğ ödənilərsə, keçidə “yaşıl işıq” yandıracaq: almanlar 60 milyon avro və bonuslar qarşılığında müsbət cavab verməyə hazırdırlar.
Qeyd edək ki, Lukas 2019-cu ildə “Atletiko”dan 80 milyon avroya transfer olunmuşdu. Dünya çempionatında zədələnən müdafiəçi Almaniya çempionatında cəmi 11 oyun keçirib.