Braziliyalı mövsümü erkən başa vurdu
14.01.2025 - 15:11
İngiltərə Premyer Liqası təmsilçilərindən “Arsenal”da ciddi itki yaşanıb.
Apasport.az xəbər verir ki, “topçuların” əsas qol silahlarından biri Qabriel Jesus xəsarət alıb.
İngiltərə Kubokunun III turunun “Mançester Yunayted”lə görüşündə zədələnən oyunçunun vəziyyətinə aydınlıq gəlib.
Bu barədə baş məşqçi Mikel Arteta açıqlama verib. O, 27 yaşlı forvardın çarpaz bağlarının qopması nəticəsində mövsümü başa vurduğunu bildirib.
Qeyd edək ki, Jesus bu mövsüm 27 rəsmi qarşılaşmada 7 qol, 2 assistlə yadda qalıb.
- Vüqar Nadirov: “Qarabağ” təxribatlara fikir verməsə, rahatlıqla qalib gələcək”
- “Real Madrid” yeni mövsüm formasını təqdim etdi - FOTOLAR
- Azərbaycanın iki boksçusu Avropa çempionatında növbəti mərhələyə yüksəlib
- Təmsilçimiz Kiyevdə nakautla qələbə qazanıb
- “Fənərbaxça” 6 futbolçu ilə yollarını ayıracaq: TEDESKOYA GÖRƏ
0
0