“Çelsi” 19 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzaladı
31.07.2023 - 09:19
“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az saytı xəbər verir ki, Premyer Liqa klubu “Renn”in gənc futbolçusu Çimuan Uqoçukvu ilə müqavilə imzalayıb.
19 yaşlı yarımmüdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb. Oyun üslubuna görə Fransa futbolunun əfsanələrindən Patrik Vieraya bənzədilən Uqoçukvunun başqa bir Fransa klubu “Strasbur”a icarəyə veriləcəyi bildirilir.
Qeyd edək ki, “Renn”in yetirməsi olan orta xətt oyunçusu 2021-ci ildən əsas komandanın şərəfini qoruyur.
- Emreli het-trik etdi, “Nürnberq” qələbə qazandı - YENİLƏNİB
- Millimizin dünya çempionu olması münasibətilə konsert proqramı təşkil ediləcək
- Nadal Olimpiya Oyunlarını buraxa bilər
- Sərxan Hacıyev: “Elmar Məmmədyarov yanlış başa düşüb, komanda sayı dəyişməyəcək"
- Fernandu Santuşun mətbuat konfransının vaxtı bəlli olub
0
0