Deşam millidən ayrılacaq
08.01.2025 - 11:17
![Deşam millidən ayrılacaq](https://apasport.az/storage/news/2025/january/08/big/677e2722dabef677e2722dabf01736320802677e2722dabe5677e2722dabee.jpg)
Fransa millisinin baş məşqçisi Didye Deşam vəzifəsindən ayrılacaq.
Apasport.az xəbər verir ki, bu barədə "Lequipe" məlumat yayıb.
Mütəxəssis yığmanı Şimali Amerikada keçiriləcək DÇ-2026-dan sonra tərk edəcək.
Qeyd edək ki, Didye Deşam 2012-ci ilin yayından Fransa millisinin baş məşqçisi vəzifəsini yerinə yetirir. Bu müddətdə komanda onun rəhbərliyi altında bütün turnirlərdə 166 matça çıxıb, 106 dəfə qalib gəlib, 31 dəfə heç-heçə edib, 29 dəfə uduzub. 2018-ci ildə Fransa yığması Rusiyada keçirilən dünya çempionatının qalibi olub.
0
0