"İnter" hücumçusu ilə müqavilə müddətini uzadıb
12.08.2024 - 19:49
!["İnter" hücumçusu ilə müqavilə müddətini uzadıb](https://apasport.az/storage/news/2024/august/12/big/66ba2eee854c566ba2eee854c6172347774266ba2eee854c366ba2eee854c4.jpg)
İtaliyanın "İnter" klubu ulduzu ilə müqaviləni yeniləyib.
Apasport.az xəbər verir ki, Lautaro Martinez növbəti 5 ildə də Milan təmsilçisinin şərəfini qoruyacaq.
Lautaro klubu ilə 2 dəfə Seriya A, 2 İtaliya Kuboku, 3 dəfə İtaliya Superkubokunun qalibi olub.
Qeyd edək ki, argentinalı hücumçu italyanların heyətində 282 oyuna çıxıb, 129 qol, 43 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0