
“İnter”in hücumçusu Markus Türam karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Arsenal” fransalı forvardı heyətinə qatmaq üçün ciddi addımlar atır. London klubu futbolçunun müqaviləsində göstərilən 71 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Bununla yanaşı, “Çelsi” və “Liverpul” da 27 yaşlı hücumçunu transfer etmək istəyən komandalar arasındadır.
Xatırladaq ki, Markus Türam 2023-cü ilin yayında “İnter”ə qoşulub. Bu mövsüm Milan təmsilçisinin heyətində 38 rəsmi matça çıxan hücumçu 16 qol vurub və 4 məhsuldar ötürmə verib.
- “Qarabağ”– “Neftçi” oyununun hakimləri açıqlandı
- Azərbaycan klublarından Türkiyədə qələbələr
- Yığmamız dünya reytinqinə qayıtdı - 13 aylıq həsrətə son
- MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasının iclasında iştirak edəcəklər
- "Zirə" azarkeşlər üçün nəqliyyat vasitələri təmin edəcək