Mario Lemina yenidən "Qalatasaray"da - RƏSMİ
05.02.2025 - 18:39
Mario Lemina yenidən "Qalatasaray"da - RƏSMİ

Qış transfer çalışmalarına davam etdirən "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" sabiq futbolçusu Mario Leminanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, transferlə bağlı futbolçu və klubu "Vulverhempton"la razılaşma əldə olunub. Təcrübəli yarımmüdafiəçi tibbi yoxlanışdan keçmək və rəsmi müqaviləyə imza atmaq üçün bu gün İstanbula gələcək.

Sözləşmə müddəti 1,5 + 1 illik nəzərdə tutulub. "Qalatasaray" onun transferi üçün klubuna 2,5 milyon avro ödəyəcək.  Mövsümün ikinci yarısı üçün 1,25 milyon avro, növbəti sezon üçün isə 2,5 milyon avro ödəniş ediləcək. Əgər onunla müqavilə müddəti uzadılarsa, həmin mövsüm üçün də 2,5 milyon avro ödəniləcək.

Xatırladaq ki, 31 yaşlı qabonlu futbolçu 2019-2020-ci illərdə də "Qalatasaray"da çıxış edib.