Mbappe İtaliyada ancaq "Milan"da oynayar
28.02.2023 - 20:59
![Mbappe İtaliyada ancaq "Milan"da oynayar](https://apasport.az/storage/news/2023/february/28/big/63fe39a901f9163fe39a901f92167760528963fe39a901f8f63fe39a901f90.jpg)
PSJ-nin hücumçusu Kilian Mbappe A Seriyasına dəvət alıb.
Apasport.az xəbər verir ki, The Best mükafatlandırma mərasimində azarkeşlərdən biri fransız futbolçuya nə vaxtsa İtaliyada oynamağı təklif edib.
Mbappe isə "İtaliyaya gəlsəm, o zaman yalnız "Milan"a gedərəm" deyib.
Qeyd edək ki, 24 yaşlı hücumçu "İlin ən yaxşı oyunçusu" nominasiyasında PSJ-dəki komanda yoldaşı Lionel Messiyə uduzaraq 2-ci yeri tutub.
0
0