Nkunkuya daha bir müştəri
17.10.2022 - 00:53
Kristofer Nkunku daha bir klubun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, “Leypsiq”in hücumçusu “Liverpul”un hədəfindədir.
Mövsümü istənilən səviyyədə keçirməyən Premyer Liqa təmsilçisi heyətini ciddi şəkildə gücləndirməyə qərar verib. 24 yaşlı futbolçu da Yurgen Kloppun komandasında görmək istədiyi oyunçulardan biridir.
Onun Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Nkunkunun transferi üçün 80 milyon avro ödəmək lazım gələcək.
Qeyd edək ki, İngiltərənin digər klubları da Kristoferi heyətində görmək istəyir.
- “Bayer” Əlcəzair millisinin üzvünü transfer edib - RƏSMİ
- Azərbaycan taekvondoçuları "Swiss Open 2025" turnirində uğurlu çıxış ediblər
- Taekvondo Federasiyasında Avropa çempionları ilə görüş - FOTO
- Konfrans Liqasının finalında ingilis-italyan dueli
- Azər Bağırov: "Qurban Qurbanovdan böyük məşqçi yoxdur"
0
0