"Nyukasl"ın kapitanı "Real"ın HƏDƏFİNDƏ
10.02.2026 - 15:53
"Nyukasl"ın kapitanı komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, Sandro Tonali ilə maraqlanan klublar arasına "Real" da daxil olub.
İspaniya nəhəngi yarımmüdafiəçini yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
"Kral klubu" bu keçid üçün 75 milyon avro ayırmağa hazırdır. Daha əvvəl Tonalinin xidmətində "Arsenal" və "Mançester Siti"nin də maraqlı olduğu bildirilirdi.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.
- 5 boksçumuz Avropa birinciliyinin yarımfinalında
- Kamran Nəbizadə ağırlıqqaldırma ictimaiyyətinin nümayəndələri ilə görüşüb
- "Şəfa"da növbəti ayrılıqlar - RƏSMİ
- Əfran İsmayılov: “Böyük futbolda oynadığım üçün mənə hörmət edirdilər” - MÜSAHİBƏ
- Belajdi Pusi: "Bəzi məqamlarda diqqətimiz yayındı" - Müsahibə
0
0