!["Real" son dəqiqələrdə 3 xal qazandı](https://apasport.az/storage/news/2024/january/22/big/65ae072e5e4fe65ae072e5e4ff170590391865ae072e5e4fc65ae072e5e4fd.jpg)
İspaniya La Liqasında "Real" doğma meydanda liqa sonuncusu "Almeriya"nı qəbul edib.
Apasport.az xəbər verir ki, "Almeriya" matçın 1-ci dəqiqəsində Largie Ramazani ilə hesabda önə keçib. Qonaqlar 43-cü dəqiqədə Edqar Qonzaleslə xal fərqini 2-yə yüksəldib.
"Real" ikinci hissəyə sürətlə başlayıb. Karlo Ançelottinin komandası 57-ci dəqiqədə Cud Bellinqem ilə fərqi 1-ə endirib, 67-ci dəqiqədə Vinisiusun qolu ilə bərabərliyi təmin edib. "Real" 90+9 - cu dəqiqədə Dani Karvaxalla qələbə qolunu vurub.
Qeyd edək ki, "Real" meydandan qələbə ilə ayrılaraq xal ehtiyatını 51-ə çatdırıb. "Almeriya" isə 6 xalda qalıb.