Skolari məşqçilik karyerası bitirdi
14.11.2022 - 13:23
Braziliya millisinin sabiq baş məşqçisi Felipe Skolari çalışdırıcılıq karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, bunu 2002-ci ildə pentakampeonları sonuncu çempionluğa daşıyan mütəxəssisin özü açıqlayıb.
O, məşqçilik fəaliyyətini 74 yaşında bitirib. Bu ilin mayından “Atletiko Paranaense”ni çalışdıran Skolarinin yetirmələri A seriyasının son turunda “Botofoqo”nu 3:0 hesabı ilə məğlub edərək 6-cı yeri tutub. Bu, komandaya Libertadores kubokuna vəsiqə qazandırıb.
Qeyd edək ki, Skolari növbəti mövsümdən klubun texniki direktoru kimi fəaliyyət göstərəcək.
- Qəzənfər Abbasov: "Görmüşük ki, məşq və oyun meydançası eyni olar, bizdə isə..." - MÜSAHİBƏ
- Vinisius adını "Real"ın tarixinə yazdırdı
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Misirin rəqibi bəlli oldu - Avstraliya ilə 1/8 uğrunda
- Van de Bek üçün 15 milyonluq təklif
0
0