Tite istefaya göndərildi
16.03.2026 - 16:41
"Kruzeyro"da ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Tite istefaya göndərilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Həmin posta Uesli Karvalyo təyin edilib.
Qeyd edək ki, Tite 2025-ci ilin dekabr ayından "Kruzeyro"ya rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 17 oyun keçirib, 8 qələbə qazanıb, 3 heç-heçə edib və 6 dəfə məğlub olub.
0
0