"Trabzonspor"da yeni müdafiəçi - RƏSMİ
08.02.2025 - 20:21
"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub "Qaziantep"dən Mustafa Eskihellaçı transfer edib.
Bu barədə Qara Dəniz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Trabzonspor" sol cinah müdafiəçisi üçün 15 milyon türk lirəsi ödəyib. 27 yaşlı futbolçu ilə 2,5+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mustafa Eskihellaç bu mövsüm "Qaziantep"in heyətində 18 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Emin İmaməliyev: "Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq"
- Avro 2024-ün 1/8 final mərhələsinin ən yaxşı qoluna namizədlər bəlli olub
- Ronaldo fərqləndi, komandası bir xal qazandı
- Adil Nağıyev Kimdir? Adı oyun alqı-satqısında hallanan futbolçu
- "Qarabağ" Leverkuzendə böyükhesabla uduzdu - YENİLƏNİB
0
0