“Yunayted” “Arsenal”ın yetirməsini transfer edib
01.02.2025 - 22:43
İngiltərə Premyer Liqası komandalarından “Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub “Arsenal”ın 21 yaşlılardan ibarət komandasının üzvü Ayden Hiveni transfer edib.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qırmızı şeytanlar” ingiltərəli futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.
18 yaşlı müdafiəçi yeni klubunda “26” nömrəli formada çıxış edəcək.
- Messi ilə qonşu oldu, 25 MİLYON DOLLAR QAZANDI
- Dadaşovun komandasından xal itkisi
- Suvaqçı, süd satan və sevincli günündə anasını itirən “Traktor” - ULDUZLAR
- “Neftçi”nin yeni transferi: “Bura gəlmək mənim üçün prioritet idi” - VİDEO
- Latviya Virsliqasının prezidenti Peşəkar Futbol Liqasının qonağı olub
0
0