“Yuventus” niderlandlı hücumçu üçün danışıqlar aparır
28.11.2024 - 11:54
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze “Yuventus”a keçə bilər.
Apasport.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Turin klubunun nümayəndələri artıq niderlandlı futbolçunun ətrafı ilə danışıqlara başlayıb.
İngiltərədə yaxşı debüt mövsümü keçirə bilməyən 23 yaşlı forvard uğrunda mübarizəyə məhz “Yuve” rəhbərlik edir.
Zirkze bu ilin iyul ayında “Bolonya”dan 42,5 milyon avroya “Mançester Yunayted”ə keçib. O, “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 18 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
- AAAF-ın baş katibi: "Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət var"
- Roderik Millerdən əlamətdar qol - 14000-ci qol
- Nuri Şahin Bundesliqadakı məşqçilik karyerasına qələbə ilə başlayıb
- "Fənərbaxça" aldı, oynatmadan göndərir: ÖZÜ DƏ HARA
- Qadın boksçularımız Polşada beynəlxalq turnirdə iştirak edəcək
0
0