İspaniya 1/8 finalda - YENİLƏNİB
21.06.2024 - 00:56
İspaniya 1/8 finalda - YENİLƏNİB

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu davam edir.

Apasport.az xəbər verir ki, günə B qrupunun İspaniya - İtaliya oyunu ilə yekun vurulub.

Matç İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Görüşdə yeganə qolu 55-ci dəqiqədə Kalafiori öz qapısına vurub. 

Beləliklə, xallarının sayını 6-a çatdıran ispanlar qrupu lider kimi bitirməyi rəsmiləşdirib. 

AVRO-2024

20 iyun

II tur

B qrupu

23:00. İspaniya - İtaliya 1:0

Qol: Kalafiori (ö.q),55

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Helzenkirhen, "Feltins Arena".

writer photo
Əlirza Əlirzalı
0