Azərbaycan millisinin insult keçirən sabiq futbolçusunun son durumu bəlli olub
13.02.2024 - 11:55
Azərbaycan millisinin insult keçirən sabiq futbolçusunun son durumu bəlli olub

Xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə "Report"a 51 yaşlı keçmiş hücumçunun ailəsindən məlumat verilib.

İnsult keçirən Vasilyev hazırda reanimasiyadadır. Onun vəziyyətinin stabil-ağır olduğu bildirilib.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0