Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/2 final mərhələsinin oyunları keçirilib.
Apasport.az xəbər verir ki, yarışlarda 4 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.
1/2 final mərhələsində "Günəşli" və "Mərdəkan" komandaları üz-üzə gəliblər. Görüş birincilərin 7:0 hesablı qalibiyyəti ilə başa çatıb. "Aşağı Güzdək" və "Biləcəri" arasında baş tutan görüş "Aşağı Güzdək"in qələbəsi ilə yekunlaşıb - 2:1.
Turnirə mayın 9-da yekun vurulacaq. Bakı Tennis Akademiyasında keçiriləcək final oyununda "Günəşli" və "Aşağı Güzdək" komandaları qarşılaşacaqlar. Üçüncü yer uğrunda görüş isə "Biləcəri" və "Mərdəkan" arasında baş tutacaq.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilir.