Elhad Nəziri cəbrayıllı iş adamlarına səsləndi: “Bizə belə soyuq yanaşmasınlar”
08.10.2024 - 14:51
Elhad Nəziri cəbrayıllı iş adamlarına səsləndi: “Bizə belə soyuq yanaşmasınlar”

“Rəhbərlik bizim qarşımıza liqada möhkəmlənmək hədəfi qoyub. Məqsədimiz azərbaycanlı gənclərdən yaxşı kollektiv formalaşdırmaqdır”.

Bu sözləri “Cəbrayıl”ın baş məşqçisi Elhad Nəziri apasport.az saytına açıqlamasında deyib.

Mütəxəssis klubun maliyyə böhranı yaşadığını bildirib: “Bu, mənim baş məşqçi kimi ilk işimdir. Lakin yerimizdə dayanmayacağıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Yüksək pillələr uğrunda mübarizə aparmaq istəyirik. Bunun üçün də maddiyat çox önəmlidir. Klubda maliyyə ilə bağlı çox böyük problemlər var. Federasiyanın verdiyi pul bizə yetmir. “Cəbrayıl” rəhbərliyi demək olar ki, xərclərin böyük qismini öz cibindən qarşılayır. Burdan cəbrayıllı iş adamlarına və dövlət qurumlarına səslənirəm. Qarabağı təmsil edən iki klub varsa, onun da biri “Cəbrayıl”dır. Bizə belə soyuq yanaşmasınlar. Niyə biz çempion olub Premyer Liqaya yüksəlməyək?”

Qeyd edək ki, I Liqanın 4-cü turunda “Cəbrayıl” “Qaradağ Lökbatan”ı 3:0 hesabı ilə məğlub edib.

İsmayıl Xeyrullayev

writer photo
Əlirza Əlirzalı
0