Emre Belözoğlu Azərbaycanda çalışa bilər
01.06.2024 - 22:38
Emre Belözoğlu Azərbaycanda çalışa bilər

Türkiyənin "Ankaragücü" klubu baş məşqçi Emre Belözoğlu ilə yollarını aıyırıb.

Apasport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Azərbaycanda çalışa bilər. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Emrenin Azərbaycan milli komandasının baş məşqçisi olmaq ehtimalı var. AFFA-nın türk məşqçi ilə danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, "Anlaraghücü" Emre Belözoğlunun rəhbərliyi altında 40 xalla 17-ci pillədə başa vurub və I Liqaya düşüb.

writer photo
Əlirza Əlirzalı
0