Keysuke Honda karyerasını harada davam etdirəcəyini açıqladı
01.11.2022 - 09:00
Keysuke Honda karyerasını harada davam etdirəcəyini açıqladı

Yaponiya futbolunun canlı əfsanəsi Keysuke Honda karyerasını bitirmək niyyətində deyil.

Apasport.az saytının məlumatına görə, Kamboca millisinin baş meneceri kimi fəaliyyət göstərən 36 yaşlı yarımmüdafiəçi elə bu ölkədə oynamağı düşünür.

Hazırda zədəsini sağaltmaqla məşğul olan “Neftçi”nin sabiq oyunçusu yaxın gələcəkdə Kamboca Premyer Liqasında çıxış etmək fikrində olduğunu gizlətməyib. 

Honda hazırda eyni zamanda Kambocada “Soltilo Familia Soccer” məktəbinin və II liqada çıxış edən “Soltilo Angkor”un sahibidir.

Qeyd edək ki, Keysuke Honda 2021-ci ilin martından iyununa qədər “Neftçi”nin şərəfini qoruyub, bu komanda ilə Azərbaycan çempionu olub.

writer photo
Əlirza Əlirzalı
0