Millimiz üçün tarixin ən reytinqli rəqibi – 2-dən 10-dək...
10.10.2022 - 15:20
Millimiz üçün tarixin ən reytinqli rəqibi – 2-dən 10-dək...

Belçika yığması Avropa çempionatlarının püşkündə Azərbaycan millisinə rəqib olan ən reytinqli komandadır.

Apasport.az saytının məlumatına görə, “qırmızı iblislər” Frankfurtdakı püşkatmasına FİFA sıralamasının ikincisi kimi qatılıb.

AVRO-1996-dan qitə çempionatlarının seçmələrinə qatılan Azərbaycan heç vaxt belə güclü rəqib düşməyib. Bunadək rekord Xorvatiyaya məxsus idi.

Balkanlılar AVRO-2020-nin püşkündə yığmamıza rəqib düşəndə FİFA reytinqində 4-cü idi. Belçikalılar Xorvatiyadan da iki pillə ön sıradadır.

Ümumilikdə indiyədək 7 dəfə cədvəlin 10 pilləsində qərarlaşanlardan biri komandamıza rəqib olub.

Yığmamızın püşkatmadakı “Top-10” rəqibləri
Rumıniya – 7 (AVRO-2000)
İtaliya – 6 (AVRO-2004)
Portuqaliya – 10 (AVRO-2008)
Almaniya – 6 (AVRO-2012)
İtaliya – 8 (AVRO-2016)
Xorvatiya – 4 (AVRO-2020)
Belçika – 2 (AVRO-2024)

writer photo
Əlirza Əlirzalı
0