Millimizin oyunu “Dalğa Arena”da
21.11.2023 - 15:48
Millimizin oyunu “Dalğa Arena”da

Millimizin oyunlarının başlama vaxtı müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dekabrın 1-də Kipr və 5-də Farer adaları ilə görüşəcək. Millətlər Liqası çərçivəsində baş tutacaq görüşlərin məkanı və başlama vaxtı məlum olub. 

Kipr yığması ilə oyun Bakı vaxtı ilə saat 21:00-da Limassolda “Limassol” stadionunda təşkil olunacaq. Farer adaları ilə qarşılaşma isə saat 19:00-da “Dalğa Arena”da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0