Miranda karyerasını bitirdi
12.01.2023 - 09:44
Miranda karyerasını bitirdi

Madrid "Atletiko"sunun və Braziliya millisinin sabiq futbolçusu Miranda karyerasını bitirib.

Apasport.az saytı xəbər verir ki, bu barədə 38 yaşlı müdafiəçinin özü sosial şəbəkədən açıqlama verib. 

Bildirib ki, o, bundan sonra yaşıl meydana çıxmayacaq. 

2014-cü ildə “Atletiko” ilə La Liqa çempionu olan Miranda “Soşo”, “Sao Paulo ”və “İnter” kimi klublarda da çıxış edib. O, ümumilikdə 800-dən çox rəsmi oyun keçirib və 12 titul qazanıb.

writer photo
Əlirza Əlirzalı
0