Muhəmmədəli Məmmədzadə Avropa birinciliyində 3 medal qazanıb
21.06.2024 - 19:22
Muhəmmədəli Məmmədzadə Avropa birinciliyində 3 medal qazanıb

Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin heyətində bu gün Muhəmmədəli Məmmədzadə körpücük üzərinə çıxıb.

O, yaşı 15-ə qədər olan atletlər arasında 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

İdmançımız birdən qaldırma hərəkətində 120 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına layiq görülüb.

“Göyəzən” Ağırlıqqaldırma Klubunun təmsilçisi təkanla qaldırma hərəkətində 146 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə gümüş medal əldə edib.
Muhəmmədəli toplam 266 kq (120+146) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.

Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının qatıldığı yarış iyunun 23-də başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0