“Nant” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la V tur matçına bir itki ilə çıxacaq.
Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Fransa klubunun baş məşqçisi Antuan Kombuare verib.
O bildirib ki, yeganə itkiləri müdafiəçi Şarl Traoredir. Malili sol cinah oyunçusu hələ də bərpa mərhələsindədir və sabah çalışdırıcının sərəncamında olmayacaq.
Əvəzində Liqa1-də “Monako” ilə keçirilən qarşılaşmadan əvvəl dizindən zədə alan braziliyalı müdafiəçi Fabio kollektivə qayıdıb. “Sambaçı” “Qarabağ”la görüşün iştirak ərizəsində olacaq.
Qeyd edək ki, sabah keçiriləcək “Nant” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.