Nesta yenidən “Monza”da
10.02.2025 - 19:59
A Seriyasında "Monza"nın baş məşqçi vəzifəsində növbəti dəyişiklik reallaşıb.
Apasport.az xəbər verir ki, Aleesandro Nesta yenidən komandaya başçılıq edəcək.
Ötən il dekabrın 23-də istefaya göndərilən Nestaya yenidən müraciət olub. O, 7 oyunda "Monza"nı meydana çıxaran Salvatore Bokkettini əvəzləyib.
38 yaşlı Bokkettinin rəhbərliyi ilə komanda cəmi 1 qələbə qazanıb, 6 oyunda uduzub.
Qeyd edək ki, "Monza" mövsümə Nestanın başçılığı ilə start verib. Komanda 23 matçdan sonra 13 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
0
0