"Qarabağ" Leverkuzendə böyükhesabla uduzdu - YENİLƏNİB
27.10.2023 - 00:51
"Qarabağ" Leverkuzendə böyükhesabla uduzdu - YENİLƏNİB

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

Apasport.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin III turunda böyükhesabla uduzub.

Qurban Qurbanovun yetirmələri Levekuzendə “Bayer”ə 1:5 hesabı ilə məğlub olublar. Bundesliqada liderlik edən Xavi Alonsonun yetirmələri oyunboyu üstün çıxış ediblər. "Qarabağ"ın heyətində Toral Bayramov fərqlənib. O, penalti zərbəsini dəqiq yerinə yetirib. Bu qələbədən sonra "Bayer" 1-ci pillədəki mövqeyini xeyli yaxşılaşdırıb.

Qeyd edək ki, qrupun digər oyununda “Molde” “Haken”i qəbul edib. Oyun Norveç klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Avropa Liqası
Qrup mərhələsi
H qrupu, III tur
26 oktyabr
23:00. “Bayer” (Almaniya) – “Qarabağ” (Azərbaycan) - 5:1
Qollar: 
Florian Virts, 4. Qrimaldo, 29; 54. Bonifase, 34. Tapsoba, 57 - Toral Bayramov, 16
Baş hakim: Horatsiu Feşnik (Rumıniya)

"Bayer": 17. Matey Kovar, 6. Odilon Kassunu, 12. Edmond Tapsoba, 3. Ptero Hinkapye, 20. Alexandro Qrimaldo, 8. Robert Endrix (k), 34. Qranit Caka, 19. Natan Tella, 10. Florian Virts, 21. Amin Adli, 22. Viktor Bonifase

Ehtiyat oyunçular: 1. Lukas Hradetski, 36. Niklas Lomb, 2. Yosip Stanişiç, 4. Conatan Ta, 7. Yonas Hofmann, 14. Patrik Şik, 18. Noa Mbamba, 23. Adam Hlojek, 25. Esekiel Palasios, 30. Ceremi Frimponq, 32. Qustavo Puerta.
Baş məşqçi: Xabi Alonso

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 8. Marko Yankoviç, 6. Julio Romao, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 27. Toral Bayramov, 18. Juninyo Olavio

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov
Leverkuzen. “BayArena” stadionu

1

Bayer

3

3

0

0

11-2

9

2

Qarabağ

3

2

0

1

3-11

6

3

Molde

3

1

0

2

6-4

3

4

Haken

3

0

0

3

1-10

0

writer photo
Əlirza Əlirzalı
0