"Sumqayıt" Şəkidən qələbə ilə dönür
01.02.2025 - 16:16
"Sumqayıt" Şəkidən qələbə ilə dönür

Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu keçirilib.

Apasport.az xəbər verir ki, B qrupunda baş tutan matçda "Şəki" "Sumqayıt"la üz-üzə gəlib.

Şəki Olimpiya İdman Kompleksindəki matçda qonaqlar 98:91 hesablı qələbəyə sevinib.

Turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" "Sabah"ı 67:59, NTD isə "Neftçi"ni 105:100 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0