"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib
01.05.2024 - 11:14
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Real Madrid” səfərdə “Bavariya” ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
"Kral" klubunun hər iki qolunu braziliyalı hücumçu Vinisius Junior vurub. Braziliyalı görüşün ən yaxşı futbolçusu seçilib.
Madrid və Münhen komandaları arasında cavab oyunu mayın 8-də "Santyaqo Bernabeu" stadionunda keçiriləcək. Çempionlar Liqasının digər yarımfinal cütündə Fransanın PSJ-si Dortmund “Borussiya”sı qarşılaşacaq. İlk oyun bu gün, mayın 1-də baş tutacaq.
0
0