Azərbaycan yığması Millətlər Liqasında ikinci oyununu bu gün keçirəcək.
Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri Belarusla görüşəcək.
Belaruslu mütəxəssis Nikolay Xodaseviç Serbiyanın Novi-Sad şəhərindəki qarşılaşmaya proqnoz verib:
Hər iki komanda Millətlər Liqasının yeni mövsümünə C divizionundakı məğlubiyyətlə start verib. Belarus yığması Slovakiya ilə qarşılaşmada müdafiədə oturmağa cəhd etdi. Bu da demək olar ki, alınmışdı. Amma ağır oyundakı bir qol həlledici oldu. Dözmədilər.
Azərbaycan millisində də Qazaxıstanla görüşdən xoş olmayan iz qalıb. Zərbə sayının 11:1 olduğu əla birinci hissə fasilədən dərhal sonra buraxılan qolla əvəzləndi və yekunda məğlubiyyət – 0:2. Azərbaycan yığmasının gümrah oyunu da ikinci hissədə it-bat olmuşdu.
Potensialına görə Belarusla Azərbaycan iki bərabər komandadır. Bukmekerlər də şansları təxminən bərabər qiymətləndirir. Belarus rəsmi oyunlarda ardıcıl 8 məğlubiyyət alıb, Azərbaycan isə 5. Heç-heçə hamını razı salar.
Düşünürəm ki, qonaqlar belarusluları öz aqressiv və hücum futboluna cəlb etməyə çalışacaq. Amma fakt odur ki, hər iki tərəf qol vura da bilər, buraxa da bilər. Mən də hər iki komandadan qol gözləyirəm.
Proqnozum: Q/Q