Bukmekerlərin “El Klasiko” PROQNOZU
23.07.2022 - 11:47
Bukmekerlərin “El Klasiko” PROQNOZU

Əzəli rəqiblər “Barselona” ilə “Real” sabah Las-Veqasda yoxlama görüşündə üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Bakı vaxtı ilə saat 07:00-da başlayacaq qaşılaşma ilə bağlı proqnozunu açıqlayıb.

Analitiklər bu cütlükdə kataloniyalılara üstünlük verir. Xavi Ernandesin kollektivinin qalib gəlmə şansı 43 faizdir. Heç-heçə 21 faizlə, “Real”ın qələbəsi isə 36 faizlə ölçülüb.

Eyni zamanda ABŞ-dakı unikal tamaşada qollu mübarizə proqnozlaşdırılıb. Mütəxəssislər ÜST variantına pul qoyuluşu etməyi məsləhət görüb. Hər iki komandanın qol vurması da inandırıcıdır.

Bukmeker kontorları üçün ən ideal proqnoz isə qonaq qismində göstərilən “Barselona”nın uduzmayacağıdır. Yəni X2. 

writer photo
Əlirza Əlirzalı
0