Bu gün sayca 22-ci dünya çempionatı start götürəcək.
Apasport.az saytının məlumatına görə, 1930-cu ildən təşkil olunan yarışda indiyədək 8 komanda çempion olub.
Braziliya 5, Almaniya və İtaliya hərəyə 4 dəfə dünya kubokunu başı üzərinə qaldırıb. Uruqvay, Argentina və Fransanın iki uğuru var. İngiltərə ilə İspaniya isə yalnız bir dəfə planetin ən güclüsü olub.
Almaniya hamıdan çox – 8 dəfə finalda oynayıb. Braziliya 7 dəfə ilk iki yerdən birini tutub. İtaliyanın çempion və ya vitse-çempion olması 6 dəfə yaşanıb.
Almaniya həm də ümumi mükafat sayında rekordçudur – 12 dəfə. 4 qızıl, 4 gümüş və 4 bürüncü olan Bundestim böyük üstünlüyə malikdir. Braziliyanın 9 medalı var. İtaliya isə 7 dəfə əliboş dönməyib.
Ümumilikdə 20 ölkə “Top-3”də yer alıb. Bu ölkələr arasında qardaş Türkiyə də var. “Ay-uıduzlular” 2002-ci ilin bürünc mükafatçısıdır.
İl |
Çempion |
II yer |
III yer |
1930 |
Uruqvay |
Argentina |
ABŞ |
1934 |
İtaliya |
Çexoslovakiya |
Almaniya |
1938 |
İtaliya |
Macarıstan |
Braziliya |
1950 |
Uruqvay |
Braziliya |
İsveç |
1954 |
AFR |
Macarıstan |
Avstriya |
1958 |
Braziliya |
İsveç |
Fransa |
1962 |
Braziliya |
Çexoslovakiya |
Çili |
1966 |
İngiltərə |
AFR |
Portuqaliya |
1970 |
Braziliya |
İtaliya |
AFR |
1974 |
AFR |
Niderland |
Polşa |
1978 |
Argentina |
Niderland |
Braziliya |
1982 |
İtaliya |
AFR |
Polşa |
1986 |
Argentina |
AFR |
Fransa |
1990 |
Almaniya |
Argentina |
İtaliya |
1994 |
Braziliya |
İtaliya |
İsveç |
1998 |
Fransa |
Braziliya |
Xorvatiya |
2002 |
Braziliya |
Almaniya |
Türkiyə |
2006 |
İtaliya |
Fransa |
Almaniya |
2010 |
İspaniya |
Niderland |
Almaniya |
2014 |
Almaniya |
Argentina |
Niderland |
2018 |
Fransa |
Xorvatiya |
Belçika |