“Bakıda çıxışımdan razı qaldım”
05.05.2024 - 16:14
“Bakıda çıxışımdan razı qaldım”

“Bakıda keçirilən Avropa kubokunda çıxışımdan razı qaldım”.

Apasport.az xəbər verir ki, bunu paytaxtımızda təşkil olunan bədii gimnastika üzrə Avropa kubokunun qalibi Boryana Kaleyn deyib.

Bolqarıstanlı gimnast Bakıda 2 qızıl medal qazanıb. Kaleyn topla və lentlə çıxışda fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, yeni formatın maraqlı olduğunu bildirib: “Çıxışımı uğurla başa vura bildim. Maraqlı formatda ilk dəfə keçirilən Avropa kubokunda qələbə qazandığım üçün çox şadam. Bu yarış Budapeştdə təşkil olunacaq Avropa çempionatı və Paris-2024 Olimpiadası öncəsi yaxşı sınaq oldu”.

Kaleyn turnirin təşkilatçılığını yüksək qiymətləndirib: “Burada komandalar güclü heyətlə çıxış edirdilər. Təşkilatçılıq yüksək səviyyədə idi. Möhtəşəm zal və atmosfer, azarkeşlərin dəstəyi – hər şey əla təşkil olub”.

Qeyd edək ki, ilk dəfə təşkil olunan Avropa kubokuna bu gün yekun vurulacaq.

writer photo
Əlirza Əlirzalı
0