Millətlər Liqasının qrup mərhələsində bu gün İrlandiya ilə Ukrayna üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, “Spartak”ın heyətində iki dəfə Rusiya çempionu olan Eduard Mor görüşə proqnoz verib.
Çoxlarından fərqli olaraq, rusiyalı ekspert Dublindəki qarşılaşmada ev sahiblərini favorit hesab edir:
Təbii ki, Ukrayna millisi İrlandiyadan qat-qat güclüdür. Ev sahibləri ancaq fədakarlıq sayəsində nəsə edə bilir. Ancaq onu da başa düşmək lazımdır ki, Ukrayna iki çətin matçdan çıxıb. Komandanın güclü klublarda çıxış edən, oyun praktikası olan bir neçə üzvü var. Yalnız Kiyev “Dinamo”su və “Şaxtyor”un oyunçuları uzun müddət praktiki məşq etməmişdilər, amma onlar da bu iki qarşılaşmada bütün güclərini ortaya qoydular.
Aleksandr Petrakovun yetirmələri dünya çempionatına vəsiqə şansını son anda əldən verdi. Bu amilin komanda daxili ab-havaya ciddi təsiri olacaq. Hər halda, ukraynalılar əsl oyunlarını göstərə bilməyəcəklər. Çünki nə fiziki, nə də emosional cəhətdən matça yanaşa biləcək.
İrlandiya isə öz güclü tərəflərinə bel bağlayacaq: tipik ingilis futbolu. Onlar bu yolla rəqibini məğlub edə bilər.
Yuxarıda sadaladığım səbəblərə görə Ukraynanın qalibiyyətini gözləmirəm. Eyni zamanda matçda çox qolun qeydə alınacağına da inanmıram.
Proqnozum: 1X və ALT