"Arsenal"da hücumçu axtarışı davam edir
12.01.2024 - 13:22
"Arsenal"da hücumçu axtarışı davam edir

Londonun "Arsenal" klubu yeni hücumçu transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, insayder Ekrem Konurun sosial şəbəkələrdə verdiyi məlumata görə, İngiltərənin top klubu 5 potensial yeni oyunçu ilə maraqlanır.

"Topçular" transfer siyahısına bu hücumçuları daxil edib: Sera Quirassi, Borxa Mayoral, İvan Toney, Conatan David və Vangelis Pavlidis.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının bu mövsümündə “Arsenal” 20 turdan sonra 40 xal toplayıb. Mikel Artetanın yetirmələri turnir cədvəlində 4-cü yerdədir.

 

writer photo
Əlirza Əlirzalı
0