“Atletiko” Simeoneyə əvəzləyici tapdı
02.11.2022 - 15:12
“Atletiko” Simeoneyə əvəzləyici tapdı

“Atletiko” baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, buna Çempionlar Liqasındakı uğursuzluq səbəb olub.

İspaniya klubunun rəhbərliyi Dieqo Simeoneni istefaya göndərmək barədə düşünür. Artıq onu əvəzləyə biləcək mütəxəssis də bəllidir. Paytaxt təmsilçisi Luis Enrikenin agenti ilə danışıqlara başlayıb.

Qeyd edək ki, “Porto”, “Brügge” və “Bayer”lə eyni qrupda mübarizə aparan “Atletiko” sonuncu yeri tutub və avrokuboklarla vidalaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0