Ayrılıq vaxtı
21.09.2022 - 00:34
Ayrılıq vaxtı

Luis Suaresin “Nasyonal”dan ayrılacağı vaxt müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Uruqvay klubunun prezidenti Xose Fuentes açıqlayıb.

O bildirib ki, hücumçu mövsümün sonunda Montevideo təmsilçisini tərk edəcək: “Hər şey danışdığımız kimi olacaq”.

Qeyd edək ki, 35 yaşlı forvard bu ilin yayında azad agent kimi “Nasyonal”a keçib.
 

writer photo
Əlirza Əlirzalı
0